“4Sİ Akademiyası” layihəsi ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək

2023.08.30 11:08 (UTC+04:00)

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi “4Sİ Akademiyası” layihəsinə start verib. Layihə çərçivəsində 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dili və digər sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera” şirkətinin təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

"Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək", - nazir əlavə edib.