Avqustun 31-dən sentyabrın 2-dək “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində Tatarıstan Neft-Kimya Forumu-2023 keçiriləcək.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Tatarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tatarıstanın sənaye və ticarət naziri Oleq Korobçenko deyib.
Onun sözlərinə görə, forum çərçivəsində “TatOilExpo-2023” beynəlxalq sərgisi keçiriləcək. Sərgidə iştirakçı şirkətlərin sayı ötən illə müqayisədə 160-dan 180-dək artıb.
“Tədbirdə cəmi 26 bölgə (60 şəhər), 2 federal şəhər və 5 xarici ölkə - Çin, Azərbaycan, Belarus, Kamerun və Özbəkistan təmsil olunacaq”, - nazir qeyd edib.
Forum çərçivəsində dörd beynəlxalq və bir Ümumrusiya-Çin konfransının keçirilməsi planlaşdırılır. Əsas plenar iclas Rusiyanın neft-qaz şirkətlərinin müasir şəraitdə inkişaf perspektivlərinə həsr olunacaq.