İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bazar araşdırması aparılması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi müsabiqə əsasında həyata keçiriləcək.
Müsabiqənin şərtləri ilə AZPROMO-nun rəsmi səhifəsindən (https://u.to/ESLpHw) tanış olmaq olar.