Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Sinqapurla ticarət dövriyyəsinin ümumi həcmi 78,4 milyon ABŞ dolları və ya 4,8 dəfə artaraq 98,9 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 7 ayında Azərbaycandan Sinqapura 88 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 7,9 dəfə və ya 86,9 milyon dollar çoxdur.
Sinqapurdan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 43,8 faiz və ya 8,48 milyon dollar azalaraq 10,88 milyon dollar təşkil edib.
Cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sinqapurla ticarətin payı 0,32 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,26 faiz bəndi çoxdur.