Beton istehsalında 15 faizədək artım qeydə alınıb

2023.08.29 10:17 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 2 076,3 min ton beton istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə betonun istehsal həcmi 14,6 faiz və ya 303,14 min ton artıb.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 5,8 faiz və ya 18,9 min ton azalma qeydə alınıb. İyul ayında 306,2 min ton beton istehsal olunub.