2023-cü ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 41 yeni dövlət standartı qəbul edilib.
Dövlət Xidmətinin məlumatına əsasən, bu dövrdə 30 dövlət standartı ləğv edilib və 654 beynəlxalq, dövlətlərarası və xarici dövlətlərin standartlarının müvəqqəti tətbiqinə icazə verilib.