Alma ixracının həcmi 90 faizdən çox artıb

2023.08.28 10:32 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində ölkədən 24,3 milyon ABŞ dolları dəyərində 37,6 min tonadək alma ixrac olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərini dəyər olaraq 83,9 faiz (11,09 milyon dollar), həcm olaraq isə 90,8 faiz (17,88 min ton) üstələyir.

Cari ilin iyun ayına nisbətdə isə iyulda almanın ixrac dəyəri 7,4 faiz (122,26 min dollar), həcmi isə 12,9 faiz (321,57 ton) artıb.

Qeyd edək ki, 2023-cü ilin ilk iki ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,12 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,21 faizə bərabər olub.