“Azərşəkər” MMC İngiltərə şirkəti ilə əməkdaşlıq edəcək

2023.08.25 12:07 (UTC+04:00)

“Azərşəkər” MMC ilə İngiltərənin Genus ABS Global şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, memorandumun məqsədi Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.

Sənədi Genus ABS Global şirkətinin region üzrə direktoru Mark Smit və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev imzalayıblar.