İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2023-cü ilin yanvar-iyul aylarında təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 442 vətəndaş müraciəti daxil olub.
Bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, bunlardan 152-si qaz təchizatı, 65-i elektrik təchizatı, 7-si istilik təchizatı, 58-i su təchizatı, 44-ü telefon rabitəsi və internet xidmətləri, 4-ü poçt rabitəsi, 2-si dəmiryol nəqliyyatı, 9-u hava yolu nəqliyyatı, 34-ü isə digər sahələrdə olub.
“Bundan əlavə, Dövlət Xidmətinə mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılmasına görə ödənişin tələb edilməsi ilə bağlı 67 müraciət daxil olub. Müraciətlərə baxılması nəticəsində 101 326 manat vəsait istehlakçılara geri ödənilib”, - M.Abbasbəyli əlavə edib.