Dövlət Xidmətinə müraciətlərin sayı açıqlanıb

2023.08.21 12:07 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 6381 müraciət daxil olub.

Xidmətdən verilən məlumata görə, daxil olan müraciətlərdən 6196-sı cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və qurumlarına 195-1 qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar.

Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.