Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə) güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən həmin ödənişlər bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.
Qeyd olunanlara əsasən, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutma öhdəliyi yaranmır. Bununla yanaşı, Vergi Məcəlləsinin 126-cı maddəsinə görə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq, daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 125-1-ci və 126-cı maddələri.