Müflis elan olunmuş bank mülkiyyətində olan torpaq sahələrinə görə torpaq vergisi ödəməlidirmi?

2023.08.24 09:39 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda, kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.

Qeyd olunanlara əsasən, ASC 2023-cü il üzrə torpaq vergisini ödəməkdən azaddır.

Əsas: Vergi Məcəlləsinin 207.9-cu maddəsi.