Rusiyada bir ildə 100 min "tax free" çeki vurulub

2019.06.13 19:03 (UTC+04:00)

Sənaye və ticarət naziri Denis Manturov bildirib ki, "tax free" sistemi fəaliyyətə başlayandan bəri bir il ərzində 100 min çek verilib ki, bunun da qarşılığı olaraq 11 milyard rubl həcmində məbləğ əcnəbi alıcılara geri qaytarlılıb.

Qeyd edək ki, Rusiyada "tax free" sistemi 2018-ci ilin aprelindən pilot layihə kimi tətbiq olunmağa başlayıb və bu ilin sonuna qədər qüvvədə olacaq. Sistem xarici ölkə vətəndaşlarına Rusiyadakı etdikləri alış-verişə görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılmasına imkan yaradır. Əcnəbi alıcılar bir sutka ərzində 10 min rubldan az olmayan mallara görə ödədikləri ƏDV-ni geri ala bilirlər.