Bu ilin yanvar-iyul aylarında ölkədə 452 ədəd traktor istehsal olunub.
"Azərbaycan İqtisadiyyatı" "Telegram" kanalı Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə traktor istehsalı 49,2 faiz və ya 149 ədəd artıb.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda artım 2,4 dəfə təşkil edib. İyul ayında ölkədə 88 traktor istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 12 traktor təşkil edib.