Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzində bir gün... FOTOREPORTAJ

2023.08.11 17:32 (UTC+04:00)

Naxçıvan MR-də ilk dəfə olaraq fəaliyyət göstərən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir.

Burada vergi ödəyicilərinə vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri haqqında məlumat və izahatlar verilir, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı xidmətlər göstərilir.