“vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.
1. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən 2023-cü ilin aprel ayında hüquqi şəxsə 70000 manat dəyərində qara metal qırıntıları təqdim edilmişdir. Hüquqi şəxs tərəfindən qeyd olunan malların alışı zamanı fiziki şəxsə ödəmə həyata keçiriləndə ödəmə mənbəyində tutulan gəlir vergisinin məbləğini hesablayın.
A) 1400 manat
B) 3500 manat
C) vergi tutulmur
D) 9800 manat
2. Mikro sahibkarlıq subyekti olan müəssisə 2022-ci ildə cari ilin əvvəlinə qalıq dəyəri 80000 manat olan binanın təmirinə 2000 manat xərc çəkmişdir. Həmin binanın cari ilin sonuna amortizasiya ayırmaları çıxıldıqdan sonra qalıq dəyərini hesablayın.
A) 80400 manat
B) 69144 manat
C) 74772 manat
D) 64320 manat
3. Hesabat dövründə 0 [sıfır] və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan vergi ödəyicisinin ƏDV ilə birlikdə ümumi dövriyyəsi 45200,0 manat olmuşdur. Hesabat dövründə vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarında göstərilməli olan ƏDV-nin məbləği 2334,0 manat təşkil edərsə, onun ƏDV-yə 0 [sıfır] dərəcəsi ilə cəlb olunan əməliyyatlarının dəyərini hesablayın.
A) 15301,0 manat
B) 35971,1 manat
C) 32333,3 manat
D) 29899,3 manat
4. Fiziki şəxs Ucar rayonunda xüsusi mülkiyyətində 10 il olan ümumi sahəsi 6000 kvm ticarət təyinatlı torpaq sahəsini 2022-ci ildə təqdim edən zaman onun gəlirindən ödəmə mənbəyində tutulmalı olan sadələşdirilmiş verginin məbləğini hesablayın.
A) 990 manat
B) 900 manat
C) 3300 manat
D) 1500 manat
5. Pensiyaçı fiziki şəxsin Şəki şəhərində xüsusi mülkiyyətində ümumi sahəsi 200 kvm olan yaşayış binasına görə ödəməli olduğu əmlak vergisinin məbləğini hesablayın.
A) 34 manat
B) 40 manat
C) 10 manat
D) 4 manat
Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev