ABŞ Prezidenti bilmədən öz sirrini açıb

2019.06.12 19:03 (UTC+04:00)

ABŞ dövlətinin başçısı Donald Tramp mayın sonunda Meksikadan idxal edilən mallara əlavə 5 faizlik vergi qoyulacağını, "qanundankənar qaçqın məsələsi həll edilməyəcəyi təqdirdə" vergilərin mərhələlər üzrə artırılacağını bildirmişdi. Lakin Vaşinqtonda iki ölkə rəsmilərinin görüşündən sonra əlavə verginin tətbiq edilməməsi barədə razılıq əldə olunub. Tramp Meksika rəsmiləri ilə əldə olunmuş razılaşmanın təfərrüatlarını özü də bilmədən mətbuat təmsilçilərinə açıb.

Ag evin qarşısında jurnalistlər qarşısında çıxış edən Tramp razılaşmanın mətni ilə bağlı suala cavab verməkdən imtina edib. Lakin o, danışarkən razılaşmanın təfərrüatlarının qeyd edildiyi sənədi əlində açıq vəziyyətdə saxladığına görə, bəzi xəbər agentlikləri çəkilən fotolarda təfərrüatlarla bağlı məlumatları əldə etmək imkanı qazanıblar.