Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı 37-yə çatıb

2023.08.07 14:00 (UTC+04:00)

"Azpal" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 37-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.