Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirdiyimiz onlayn görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə etdik.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.