SOCAR və ADNOC şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu SOCAR-ın Əbu-Dabidə reallaşdırılan hasilat layihələrində iştirakını və ADNOC tərəfindən dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, həmçinin bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində əməkdaşlığı genişləndirəcəklər.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.