Daha bir layihəyə güzəştli kredit ayrılıb

2023.08.02 15:07 (UTC+04:00)

Sahibkar Elman Allahverdiyev quşçuluğun inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 70 min manat güzəştli kredit əldə edib. Layihə Lənkəran rayonunda icra olunacaq. Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.