Reklam hansı hallarda haqsız rəqabətə səbəb olur?

2023.08.01 12:30 (UTC+04:00)

Reklam - istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. “Haqsız rəqabət” dedikdə isə bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, bəzi reklam üsulları qadağan edilib. Belə reklam üsullarına haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklam daxildir. Bəs bu reklam üsullarının xüsusiyyətləri nədən ibarətdir?

Reklam aşağıdakı hallarda haqsız reklam hesab olunur:

“Qeyri-dəqiq reklam” dedikdə isə qanunvericilikdə müəyyən edilmiş məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam başa düşülür. Həmin məlumatlara:

Qadağan olunmuş digər reklam üsullarından biri də gizli reklamdır. “Gizli reklam” deyərkən reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat başa düşülür.

Qanunvericiliyin tələbinə əsasən əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılmasına gətirib çıxarır ki, bu da öz növbəsində haqsız rəqabətə səbəb olur. Yuxarıda qeyd edilən tələblərin pozulması subyekt barəsində haqsız rəqabət əlamətləri üzrə iş qaldırılması və ya inzibati xəta məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün əsas verir.

İstehlakçılar və sahibkarlar mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.