Azərbaycanda yeni əczaçılıq zavodu tikiləcək

2023.07.31 16:25 (UTC+04:00)

Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 milyon dollar və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisi ilə bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalandı.

Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşıb.

"Qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq", - nazir bildirib.