Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov və Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediliblər.
Dövlət başçısının digər sərəncamları ilə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar.