Rusiya və Azərbaycan sərhəddə fövqəladə halların aradan qaldırılması prosedurunu razılaşdıracaqlar

2023.07.27 16:41 (UTC+04:00)

Rusiya və Azərbaycanın gömrük idarələri sərhəddə fövqəladə halların aradan qaldırılması məsələlərinin əlaqələndirilməsi üzrə danışıqlar aparacaqlar.

“vergiler.az” Rusiya Federasiyasının hüquqi məlumatların rəsmi internet portalına istinadən xəbər verir ki, Rusiya hökumətinin bu il 24 iyul tarixli sərəncamı ilə Federal Gömrük Xidməti ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında sazişin bağlanması üzrə danışıqların aparılması qərara alınıb.

Saziş Rusiya-Azərbaycan dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Müvafiq sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.