İqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb

2023.07.27 14:00 (UTC+04:00)

Türkiyə prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan ilə görüşdə Azərbaycan-Türkiyə birliyinin ölkələrimizin iqtisadi münasibətlərinin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.