Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə 4 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ümumi göstəricinin 1700-ü və ya 35 faizi ilkin, 3 169-u və ya 65 faizi təkrar qeydiyyatın payına düşüb.
Cari ilin ilk 6 ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərindən 1963-ü fərdi yaşayış evi, 1602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.
Əmlakların 2187-si və ya 45 faizi Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
Hesabat dövründə 3 632 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 42,7 faiz çoxdur. 1697 əmlaka dair texniki pasport, 1935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 424 arayış verilib, 1690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.