Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2023-cü il üçün iqtisadiyyatın sahələri üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, cari ildə güzəştli kreditlər 8 istiqamət üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ayrılır.
Bu istiqamətlərə qeyri-neft sənayesi, anbar komplekslərinin yaradılması, rəqəmsal inkişaf və innovasiya, balıqçılıq və akvakultura, turizm, kənd təsərrüfatı, logistik xidmətlər və “yaşıl” layihələr daxildir.