Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 1,01 milyard ABŞ dolları və ya 34,8 faiz artaraq 3,91 milyard dolları üstələyib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 6 ayında Azərbaycandan Türkiyəyə 2,76 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 917 milyon dollar və ya 49,5 faiz çoxdur.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 9 faiz və ya 94,4 milyon dollar artaraq 1,14 milyard dollar təşkil edib.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 14,97 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 3,27 faiz bəndi üstələyir.