Daha bir sahibkarlıq subyektinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

2023.07.24 11:07 (UTC+04:00)

Eos Qrup MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 18-ə çatıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq və 49 nəfər işlə təmin ediləcək", - nazir bildirib.