İndiyədək sənaye zonaları üzrə 131 sahibkarlıq subyektinə rezident statusu verilib

2023.07.21 12:13 (UTC+04:00)

İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya artıq yatırılıb və 10.600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 milyon manat investisiyanın yatırılması və 4800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur", - nazir əlavə edib.