Sahibkarların istifadə etdiyi kompüter hansı aktivlərə aiddir?

2023.07.24 11:52 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, kompüterlər Vergi Məcəlləsinin 114.3.2-ci maddəsində qeyd edilən maşınlar və avadanlıq kateqoriyasına aid edilir və bu əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə 20 faiz dərəcə ilə amortizasiya hesablanır.

Eyni zamanda vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda Məcəllənin 114.3-cü maddəsindəki dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1,5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi və Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.