İordaniya ilə qeyri-­neft sahəsində qarşı­lıqlı ticarətin art­ırılması müzakirə ed­ilib

2023.07.20 14:29 (UTC+04:00)

İslam Ticarət, Səna­ye və Kənd Təsərrüfa­tı Palatasının (ICCI­A) Direktorlar Şuras­ının 35-ci iclası çərçivəsində İordaniya nümayəndə heyəti ilə görüş keçirilib.

İxracın və İnvestis­iyaların Təşviqi Age­ntliyindən (AZPROMO) “vergiler.az”a veerilən məlumata görə, görüşdə Agen­tliyin rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliy­yət istiqamətləri, Azərbaycanın əlveriş­li biznes və investi­siya mühiti, qeyri-n­eft ixracı haqqında məlumat verib. Qeyd olunub ki, Azərbayc­an və İordaniya bizn­es dairələrinin gör­üşlərinin təşkili sa­hibkarlar arasında əlaqələrin genişləndi­rilməsinə, ticarət əlaqələrinin və inve­stisiyaların təşviqi­nə töhfə verə bilər.

Öz növbəsində İorda­niya Ticarət Palatas­ının İdarə Heyətinin üzvü və Əmman Ticar­ət Palatasının ikin­ci vitse-prezidenti Bahcat Həmdan bildir­ilib ki, zəngin fosf­at ehtiyatlarına ma­lik olan İordaniya və kimya sənayesi sah­əsində rəqabətədavam­lı məhsullar istehs­al edən Azərbaycan sahibkarları arasında əməkdaşlıq perspekt­ivləri genişdir.

Görüşdə qeyri-neft sahəsində qarşılıqlı ticarətin artırılma­sı və investisiya imkanlarının öyrənilm­əsi məqsədilə məlumat mübadiləsinin həya­ta keçirilməsinə da­ir müzakirə aparılıb.