İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

2023.07.19 17:32 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 21 iyul 2023-cü il tarixində Masallı şəhərində (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Masallı və Yardımlı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.