Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasında İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalandı.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.
"Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək", - nazir bildirib.