Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib

2023.07.18 15:37 (UTC+04:00)

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədrlik etdik.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik", - nazir əlavə edib.