ICCIA ilə ölkəmizin səmərəli əməkdaşlığı müzakirə edilib

2023.07.18 10:33 (UTC+04:00)

"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq", - iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabında bu haqda bildirilir.

"Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.