"Bu gün 3-cü Yüksəliş müsabiqəsinin finalı keçirilir. Müsabiqəyə müraciət etmiş 13 mindən çox namizəd arasından ilk 109-da yer almaq mühüm nailiyyət, əldə edilmiş bilik və bacarıqlar isə karyera perspektivləri üçün dəyərli fürsətdir. Finala yüksəlmiş bütün iştirakçılara uğurlar arzulayıram".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.