"2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 330 minə yaxın artıb. Bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.