Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malikdir və bu, həmişə İtaliya şirkətlərinin marağına səbəb olur.
Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Qafqaz və Mərkəzi Asiya üzrə ekspert Fabrizio Vielmin deyib.
Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq üçün yeni imkanlar getdikcə genişlənir. Bu yaxınlarda enerji mühəndisliyi şirkəti olan “Ansaldo Energia” Azərbaycanda yeni elektrik stansiyası üçün 160 milyon avro dəyərində 4 qaz turbininin tədarükünə dair mühüm müqavilə imzalayıb. Bu da qaz istehlakına qənaətə və Avropaya sonrakı ixraca zəmanət verir.
“Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır“,-deyən ekspertin sözlərinə görə, bu gün Azərbaycanın sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə və xidmət kimi müxtəlif sahələrində 100-ə yaxın İtaliya şirkəti fəaliyyət göstərir: “Hazırda Azərbaycan ictimaiyyəti arasında dəbdəbəli mallarımıza tələbat azalsa da, İtaliya ərzaq məhsullarına tələbat artır. Zərgərlik sektorunda da, şübhəsiz ki, böyük potensial var”.
Tamilla MƏMMƏDOVA