Türkiyə ilə keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

2023.07.14 14:32 (UTC+04:00)

Azərbaycanda halal infrastrukturun yaradılmasında beynəlxalq qabaqcıl praktikanın tətbiqi imkanları ilə bağlı təcrübə mübadiləsi davam etdirilir.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Xidmət rəisi bildirib ki, rəhbərlik etdiyi qurumun nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Türkiyənin Halal Akkreditasiya Qurumunun nümayəndələri ilə görüş keçirib.

“Görüşdə keyfiyyət infrastrukturu sahəsində sistemli yanaşmanın vacibliyi vurğulanıb, qurumlar arasında texniki dəstək və ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib”, - M.Abbasbəyli qeyd edib.