“Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

2023.07.14 13:42 (UTC+04:00)

Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentl­ərin sayı 17-yə çat­ıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov so­sial şəbəkə hesablar­ında yazıb ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 40,5 milyon manat olan tütün məmulatların­ın istehsalı müəssi­səsi yaradılacaq və 300 nəfər işlə təmin ediləcək: “Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğu­lluğun artmasına töh­fə verəcək”.