Beynəlxalq Maliyyə Korporasiyasının (IFC - International Finance Corporation) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə ölkəmizin təşkilatla əlaqələri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr üzrə potensial əməkdaşlıq barədə müzakirələr apardıq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.