“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir

2023.07.12 13:54 (UTC+04:00)

İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. Bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6% artaraq 9 milyard 181,4 milyon manat təşkil edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda paylaşım edib.

"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 5 milyard 199,4 milyon manat olub", - nazir əlavə edib.