Sahibkarlar "Macfrut 2024" sərgisinə dəvət olunurlar

2024.03.18 16:40 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi 2024-cü ilin 8-10 may tarixlərində İtaliya Respublikasının Rimini şəhərində keçiriləcək “Macfrut 2024” beynəlxalq meyvə və tərəvəz sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 6 şirkətdir.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar) qida və içki sənayesidir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 aprel 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Sərgi barədə daha ətraflı məlumatı AZPROMO-nun saytından (https://azpromo.az/az) əldə etmək olar.