İraqla enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub

2024.03.18 13:08 (UTC+04:00)

“İraqa səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdük. Yaşıl enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.