“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir əlavə edib ki, qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib.