Qazaxıstan, Özbəkistan və Gürcüstana etiket ixracı üçün danışıqlar aparılır

2024.03.18 16:20 (UTC+04:00)

2019-cu ildən Balaxanı Sənaye Parkının rezidenti olan "ATA PACK" MMC “Coca Cola” və “Pepsi Cola” məhsulları üçün istehsal etdiyi etiketləri Qazaxıstan, Özbəkistan və Gürcüstana satmaq üçün danışıqlar aparır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına etiket və qida qablaşdırma materiallarının istehsalı ilə məşğul olan "ATA PACK" MMC-nin direktoru Nicat Hüseynov deyib. Azərbaycandakı bütün yerli marka sularının etiketlərinin onlar tərəfindən istehsal edildiyini deyən N.Hüseynovun sözlərinə görə, beynəlxalq audit şirkəti apardığı yoxlamalardan sonra MMC-yə “Coca Cola” və “Pepsi Cola” məhsulları üçün etiket hazırlamağa icazə verib.

N.Hüseynov qiymətlərlə bağlı razılaşma əldə edildikdən sonra məhsul ixracına başlayacaqlarını, açıqlayıb.

Qeyd edək ki, şirkət istehsal üçün lazım olan xammalı Azərbaycanla yanaşı, Rusiya, Çin, Avropa ölkələri və Türkiyədən əldə edir.