“Qarşıdakı illərdə Ağdamdakı meyvə bağlarının potensialından tam olaraq yararlanmaq mümkün olacaq”.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev deyib. Onun sözlərinə görə, şirkətin işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti, əsasən, Ağdamdakı meyvə bağlarını əhatə edir ki, bunlar da daha çox nar bağlarıdır: “Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra Qarabağdakı su qaynaqları hesabına Ağdamdakı bağlarımızın suvarma imkanları yaxşılaşıb. Həmin bağlarda tam olaraq suvarma sisteminin qurulmasını yekunlaşdırmışıq. İnfrastrukturun qurulması istiqamətində investisiyalarımız davam edəcək. Bu il tərəfdaş şirkətlərimizlə birlikdə Ağdamdakı meyvə bağlarını bütün aqronomik normalara uyğun idarə etməyə başlamağı mümkün sayırıq. Bütün potensialdan tam olaraq yararlanma isə önümüzdəki illərdə mümkün olacaq”.
İlhamə İSABALAYEVA