"Bu gün Azərbaycan Respublikası diplomatikxidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətimizin xarici siyasi-iqtisadi əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rolu olan diplomatlarımıza təbriklərimizi çatdırır və işlərində uğurlar arzulayırıq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.